Məzmuna keç

Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 30 289 nikaha daxilolma qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,2-yə qədər artıb.

Eyni zamanda cari ilin 7 ayı ərzində qeydə alınan boşanma hallarının sayı isə 9 692-dir. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı da isə 1,4-dən 1,7-yə qədər artıb.