Vaksinasiya olunanların sayı açıqlandı


  • 27 Oktyabr 2021 17:02

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 716 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 396 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 469 618, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 119 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 350 541 təşkil edir.

Oxşar xəbərlər