Ötən ay ərzində Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 338 nəfərə töhmət verib.
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Töhmət alan 177 nəfərə sonuncu xəbərdarlıq edilib, 47-nin əmək haqqının 1/4-i tutulub, 2 işçi isə işdən azad edilib. Bundan əlavə 564 işçiyə inzibati tənbeh verilib. Bunlardan 129-u mühəndis-texniki işçiləri, 435-i isə fəhlə heyətidir", – deyə o, qeyd edib.
