Məzmuna keç

“Azəriqaz” mexaniki sayğacların daha çox sərfiyyat yazması ilə bağlı iddialara cavab verdi

"Mexaniki sayğaclarda sərfiyyatın daha çox olması ilə bağlı iddiaların heç bir əsası yoxdur"

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirib ki, bu kimi fikirlər sosial şəbəkələrə bilərəkdən ötürülür:

"Mexaniki tipli sayğacların guya 1 kub əvəzinə 2 kub yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən «Elin gözü tərəzidir» aksiyasında sayğaclar yoxlanıldı. Məlum oldu ki, belə fikirlərin heç bir əsası yoxdur".