Məzmuna keç

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Beyləqan rayonunda təşkil olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda təşkil olunacaq.

Birlikdən e-huquq.az-a verilən məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Beyləqan Gənclər Mərkəzində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 19-da saat 13:00-dan 14:00-a sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.