Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşünü Bakının Sabunçu rayonunda təşkil edəcək.
E-huquq.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Maştağa qəsəbəsindəki Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarların suallarını cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 21-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
