Məzmuna keç

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 117 vaksin vurulub.

Bu barədə e-huquq.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 413 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 602 359, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 335 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 020, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 193 254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 964 nəfər təşkil edir.