Azərbaycanda son sutkada vaksin vurulmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 753 387, birinci doza peyvəndlərin ümumi sayı 5 352 263, ikinci doza vaksinlərin sayı 4 852 231 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 300 756, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 137 olub.
