- 11:34
İyunun 27-dək bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli fasilələrlə yağış yağacağı gözlənilir.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.