Məktəb bufetlərində monitorinqlər keçiriləcək


  • 7 İyul 2022 11:10

“Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır”.

E-huquq.az-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır: “Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Digər vaxtlarını isə onlar məktəbdə keçirmirlər. Ona görə də hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu