Məzmuna keç

İcbari tibbi sığorta zərfində bariatrik cərrahiyyə ilə bağlı təminat nəzərdə tutulmur

İcbari tibbi sığorta zərfində bariatrik cərrahiyyə ilə bağlı təminat nəzərdə tutulmur

"İcbari tibbi sığorta zərfində bariatrik cərrahiyyə (artıq çəkiyə qarşı cərrahi yolla müdaxilə) ilə bağlı təminat nəzərdə tutulmur. Tibbi sığorta 3 ilə yaxındır ki, pilot layihə kimi müxtəlif rayonlarda icra olunur və 2020-ci ilin yanvar ayının birindən bütün ölkə üzrə tətbiq olunmağa başlayacaq".

E-huquq.az-ın xəbərinə görə, bunu 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə konqresində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, ilkin dövrdə icbari tibbi sığorta zərfində bariatrik cərrahiyyə ilə bağlı heç bir təminat nəzərdə tutulmur.