Məzmuna keç

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fəndən olduğu açıqlandı

Müəllimlərin işə qəbulu üzrə ən çox vakant yerlərin hansı fənn üzrə təqdim olunduğu açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hər il təxminən 10 minə yaxın namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlara qatılmaq üçün müraciət edir: "Ancaq onların heç də hamısı test mərhələsində iştirak etmir. Bu bizim üçün də çox maraqlıdır".

Mərkəz direktoru bildirib ki, ən çox vakant yer musiqi fənni üzrə olub: "Bu say 1 857 nəfərdir. Rayonlar üzrə vakant yer bölgüsünə gəlincə, 1 679 yer Lənkəran-Astara Regional Təhsil İdarəsində, ikinci yer Bakı Şəhəri üzrə Təhsil İdarəsində 1 117 vakant yer, ən az yerlər isə nazirliyin tabeliyində olan müəssisələrdən 63 və internatda 62 olaraq müəyyən edilib".

Qeyd edək ki, bu il MİQ üzrə müddətsiz işə qəbul istiqamətində son 5 ildə ən yüksək sayda – 9 805 vakant yer təqdim edilib.