Məzmuna keç

“Azəriqaz”ın baş direktoru qazlaşdırılma işləri ilə yerindəcə tanış oldu –

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birgə rayonun Zarat Xeybəri kəndində qazlaşdırılma işləri ilə tanış olub.

E-huquq.az xəbər verir ki, çətin relyef şəraitində yerləşən kəndin qazlaşdırılması üçün əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub.

Baş direktora bildirilib ki, layihəyə əsasən 8730 m polietilen, 4394 m uzunluğunda polad borunun çəkilməsi nəzərdə tutulub.

Artıq işin bir hissəsi icra olunub. Belə ki, 3542 metr polietilen, 3500 m uzunluğunda isə polad borunun çəkilişi yekunlaşıb.

Baş direktor görülən işlərin daha da sürətli şəkildə icra olunması ilə bağlı tapşırıq verib.

Daha sonra Birlik rəhbəri SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.