Azərbaycanda son sutkada koronavirus infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 819 5188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 665 nəfərdir.
Ölkədə son sutka ərzində 2 718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.
