Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu


  • 29 Sentyabr 2022 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu