Məzmuna keç

Ruhəngiz Qasımova vəfat etdi

Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev özünün feysbuk hesabında bildirib.

Məlumata görə, bəstəkar 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Allah rəhmət eləsin!