SOCAR “Azəriqaz” İstehsalat Birliyinin regionlarda təşkil etdiyi “Açıq mikrofon” aksiyasının növbəti məkanı Ağsu rayonu olub.
E-huquq.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 30 müraciət səsləndirilib.
Minarə Hacıyeva, Fərman Vahidov və Mehman Əliyevin timsalında digər 2 müraciət fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsilə bağlı olub.
Abonentlərdən Cərulla Abdullayev ona məxsus təsərrüfat sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib.
Aksiyada səslənən müraciətlərdən 4-ü isə qapı keçidinin quraşdırılmasından ibarət olub.
Görüşdə ünvanlanan müraciətlər Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.
Bəzi problemlərin araşdırılmasına qərar verilib.
