Məzmuna keç

Noyabr ayı üçün iş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu gün bununla bağlı qərar imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ardıcıl olaraq 4 gün – 6, 7,8 və 9 noyabr tarixlərində qeyri-iş günü olacaq.