Məzmuna keç

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Martın 13-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə e-huquq.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.