Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən əraziyə gedib.
Bu barədə e-huquq.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
Onun sözlərinə görə, icra başçısı və qurumun bütün xidmət rəhbərləri hadisə yerinə baxış keçirirlər.
Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.
