İyulun 1-i saat 13:00-a olan məlumatına əsasən Astara, Biləsuvar, Neftçala, Beyləqan, Zərdab, Göyçay, Yevlax, Şahdağ, Qrız, Xaltan, Cəfərxan, Sabirabad, Qobustan, Quba, Şamaxı, İsmayıllı, Naxçıvan, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.
