Məzmuna keç

Sahibkarlarla növbəti görüş Salyanda keçiriləcək

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək.

Bu baerədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq. Aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” iyulun 4-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.