Məzmuna keç

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yaydı

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yaydı

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.

Nazirlikdən e-huquq.az-a bildirilib ki, körpənin vəziyyəti normalıdır.

"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildirdilər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib", nazirlikdən bildirilib.