Nazir pensiya yaşından danışdı


  • 27 Noyabr 2023 18:00

"Bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63 yarımdır və 2017-ci ildə “Əmək pensiya haqqında” Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq hər il altı ay artırılaraq bunlar bərabərləşdiriləcək".

E-huquq.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

"Ümumi pensiya sistemi 25 faizlik sosial sığorta haqqı müəyyən edilən digər şərtlər hansı şərtlərlə pensiya sisteminə girir? Onların aktual demoqrafik hesablanması 12 il hesablanıb. 12 il orta gözlənilən müddətdir ki, insan pensiyada olduğu dövrdə bu vəsaiti alacaq. Bu gün Azərbaycanda bir milyon 100 min pensiyaçının orta müddəti 14 ildir. Həm 12 ildən iki il də daha artıq pensiya alırlar. Bu gün orta müddətimiz bizim 14 ildir. Bu özü göstərir ki, mövcud sistemdən daha yumşaq, daha humanist bir mexanizmə gəlib çıxmışıq və bunun daha da artırılması, əlbəttə ki, pensiya fondunda kəsirin yaranmasına, əlavə vəsaitlərin cəlb olunmasına, dayanıqlılığa müəyyən təhlükə yarada bilər”, - deyə o əlavə edib.

Oxşar xəbərlər

  • 25 Fevral 12:24
Sabah qar yağacaq