Məzmuna keç

“Azəriqaz”a sayğacların sıfırlanması ilə bağlı 470-dək abonent müraciət edib

“Azəriqaz” İB-da ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

“Azəriqaz” İstehsalat Birliyinə sayğacların sıfırlanması ilə bağlı 470-dək abonent müraciət edib.

E-huquq.az xəbər verir ki, bu barədə birliyin baş direktoru Ruslan Əliyev ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Bu müraciətlərin 360-ı smart tipli sayğacdan, digərləri isə mexaniki sayğacdan istifadə edən abonentlərdən daxil olub. Müraciətlərin çoxu sayğacların sıfırlanmaması və ya gec sıfırlanması ilə bağlı olub”, – deyə R.Əliyev qeyd edib.