Məzmuna keç

Bakıda və Abşeronda müşahidə olunan hava şəraiti açıqlandı –

Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova qeyd edib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.

***

18.40

Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi artıq zəifləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, səhər saatlarından müşahidə olunmağa başlayan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyib.