- 17 Noyabr 17:52
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində vəkillər üçün “Vəkilin uşaq hüquqlarının müdafiəsində iştirakının hüquqi aspektləri və həyata keçirilən tədbirlər” mövzusunda ixtisasartırma təlimi keçirilib.
E-huquq.az xəbər verir ki, noyabrın 14-də distant qaydada təşkil olunan VK üzvü Cavanşir Qasımzadə təlimçi qismində çıxış edib.
Təlimdə cinayət prosesində uşaqların hüquqlarının müdafiəsi, 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”da qeyd olunan uşaq anlayışı, valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsi, cinayət prosesində uşaqların hüquqi müdafiəsində vəkilin rolu, vəkilin yetkinlik yaşına çatmayan şəxslərin hüquqi müdafiəsində iştirakı, mülki və inzibati sahədə uşaqların hüquqi müdafiəsi və digər məsələlər geniş müzakirə edilib.
Sonda təlimçi tərəfindən iştirakçıların sualları dinlənilib və müvafiq fikir mübadiləsi olunub.
Təlimdə Kollegiyanın ümumilikdə 21 üzvü iştirak edib.