Vəkillər Kollegiyasının sədri Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin üzvləri ilə görüşdü - FOTO


  • 19:15

Noyabrın 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (VK) Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin üzvləri ilə görüş keçirilib.

Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, görüşü giriş sözü ilə açan VK sədri Anar Bağırov qonaqları salamlayaraq Kollegiyanın tarixi, son illərdə görülən işlər, həyata keçirilən islahatlar və inkişaf istiqamətləri barədə məlumat verib.

Sədr Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın möhkəmləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb.

Anar Bağırov bildirib ki, məlumat mübadiləsinin genişləndirilməsi, ekspert rəylərinin vahid standartlara uyğun hazırlanması kimi təşəbbüslər həm vəkillik institutunun, həm də qiymətləndirmə sektorunun inkişafına töhfə verəcəkdir. Sədr əlavə edib ki, Kollegiya bu sahədə qarşılıqlı əməkdaşlıq təşəbbüslərini hər zaman dəstəkləməyə hazırdır.

Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov çıxışında Palatanın fəaliyyətindən, qiymətləndirmə sektorunda mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən danışıb, tərəflər arasında əməkdaşlıq imkanlarının vacibliyini qeyd edib.

Görüş zamanı qiymətləndirmə sahəsində aparılan islahatların mahiyyəti, şəffaflığın təmin olunması, qiymətləndirmə fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub. Həmçinin qanunvericiliyin tətbiqi zamanı təcrübədə yarana biləcək çətinliklərin həlli yolları nəzərdən keçirilib.

Eyni zamanda tərəflər bu sahədə müvafiq tənzimləmələrin həyata keçirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb, qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılığa gəlib və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər