Vəkillər uşaqların suallarını cavablandırdı - FOTO


  • 14:18

Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar paytaxtın Nərimanov rayonu ərazisində yerləşən uşaq bağçasının bir qrup uşağı və müəllim heyəti “De Fendo” Vəkil Bürosunu ziyarət edib.

E-huquq.az xəbər verir ki, görüş zamanı qonaqlar büro əməkdaşları tərəfindən qarşılanaraq qurumun fəaliyyəti ilə ətraflı tanış olublar. Uşaqlara onların hüquqları, eləcə də vəkillik peşəsinin mahiyyəti barədə sadə və anlaşılan formada məlumat verilib.

Maarifləndirici söhbət zamanı uşaqların sualları cavablandırılıb, onların hüquqi mövzulara marağının artırılması məqsədilə interaktiv izahlar aparılıb.

Tədbirin sonunda uşaqlara “De Fendo” Vəkil Bürosu tərəfindən hədiyyələr təqdim olunub və xatirə fotoları çəkilib.

Ziyarət uşaqlarda hüquqi maarifləndirmənin və vətəndaşlıq şüurunun formalaşdırılmasına xidmət edən xoş bir təşəbbüs kimi qiymətləndirilib.

Oxşar xəbərlər