- 11:43
"Ölkədə hüquqşünas məzunlarının azlığı nəticəsində, hüquqşünas qıtlığı yaranır. Bu, yalnız özəl sektorda deyil, həm də dövlət sektorunda hüquqşünaslara böyük ehtiyacın olduğunu göstərir. Azərbaycan hüquqi-demokratik dövlətdir və bu səbəbdən həm özəl, həm də dövlət sektorunda hüquqşünaslara böyük tələbat mövcuddur".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O, hüquqşünaslıq üzrə qəbulun çox aşağı olduğunu və qəbul olunan şəxslərin sayının da məhdud olduğunu bildirib. Sədr gələcəkdə bu sayın artırılmasının vacib olduğunu vurğulayıb: "Əks halda, yaxın illərdə daha ciddi problemlərlə qarşılaşa bilərik".
A.Bağırov gənclərə müraciət edərək, hüquqşünaslıq fakültələrinə sənəd verib hüquq təhsili almalarını tövsiyə edib: "Peşəkar hüquqşünaslara olan tələbat çox yüksəkdir və bu, gələcəkdə bu sahəyə marağı artıracaq".
Humay Eminqızı