- 11:43
"Son müşahidələr göstərir ki, Azərbaycanda xanım vəkillərin sayı artmaqdadır".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, bu gün yazılı imtahanda iştirak edən xanım namizədlərin sayı 31 faiz təşkil edir ki, bu da müsbət bir dinamikanı göstərir: "Əvvəllər bu rəqəm daha aşağı idi, amma indi hüquq fakültələrində də xanım hüquqşünaslar çoxluq təşkil edir. Bu, gələcəkdə hüquq peşəsi ilə məşğul olan xanımların sayının artacağını və gender bərabərliyinin daha da təmin ediləcəyini göstərir".
Sədr qeyd edib ki, bu, çox mühüm bir uğurdur və gender balansının qorunmasında əhəmiyyətli bir töhfə verəcək.
Humay Eminqızı