Sədr: "Regionlarda vəkilliyin inkişafı prioritet məsələlərdəndir"


  • 11:24

"Bakı ilə regionlardan olan vəkilliyə namizədlərin sayı arasında bərabərlik müşahidə olunur".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, əvvəllər vəkilliyə qəbul imtahanında iştirak edən namizədlərin sayı baxımından Bakıdan olanların üstünlüyü açıq şəkildə hiss olunurdu. Lakin bu gün keçirilən imtahanda iştirak edən namizədlərin 56 faizi Bakıdan, 44 faizi isə regionlardan olan namizədlər təşkil edir.

Vəkillər Kollegiyasının sədri bildirib ki, regionlar onların prioritet məsələsidir. O, qeyd edib ki, yalnız Bakı deyil, eyni zamanda regionlarda da vəkillərin fəaliyyət göstərməsi vacibdir.

"Regionlarda vəkil bürolarının açılması çox önəmlidir, çünki hüquqi xidmətlərin çatdırılması baxımından bu, əsas meyarlardan biridir", - deyə A.Bağırov qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər