Gələn il vəkilliyə qəbul imtahanlarında 1 il staja malik hüquqşünaslar da iştirak edə biləcəklər


  • 11:33

Gələn il vəkilliyə qəbul imtahanlarında 1 il staja malik hüquqşünaslar da iştirak edə biləcəklər.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O deyib ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliklər vəkilliyə qəbul prosesindəki bəzi məhdudlaşdırıcı şərtləri aradan qaldırıb: "Əvvəllər vəkil olmaq üçün 3 il hüquq stajı tələb olunurdusa, indi yalnız bir 1 staj kifayətdir. Gələn il təşkil edəcəyimiz imtahanlarda bir il staja malik hüquqşünaslar da iştirak edə biləcəklər. Bu, vəkilliyə böyük bir axının olacağına işarədir".

Sədr gənclərin vəkillik fəaliyyətinə cəlb olunmasında maraqlı olduqlarını söyləyib: "Vəkillər Kollegiyası olaraq, imtahanlarda daha çox gəncin iştirak etməsində maraqlıyıq. Bu gün keçirilən imtahanda iştirak edən namizədlərin 71 faizi 40 yaşadək olan şəxslərdir".

Humay Eminqızı

Oxşar xəbərlər