“Kulturologiya və hüquqi mədəniyyət” mövzusunda təlim təşkil edildi - FOTO


  • 10:40

Noyabrın 29-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Kulturologiya və hüquqi mədəniyyət” mövzusunda əyani qaydada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Qeyd olunub ki, təlimçi, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədovun çapdan çıxmış “Yüksək mədəniyyətli insan” kitabı insanın mənəvi inkişafını, etik davranışını və cəmiyyət qarşısında mədəni məsuliyyətini formalaşdıraraq daha şüurlu, savadlı və harmonik şəxsiyyət yetişdirməyə xidmət edən əhəmiyyətli bir mənbədir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov Kulturologiya elminin tarixi, mədəni dəyərlərin hüquqi davranışa təsiri, cəmiyyətin kulturoloji inkişafının hüquq sistemində rolu, hüquqa hörmət, ictimai davranış mədəniyyəti və digər məsələlər barədə çıxış edib.

İnteraktiv formada davam edən təlimin sonunda müxtəlif suallar müzakirə olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 25 üzvü iştirak edib.

Oxşar xəbərlər