- 19:22
“Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır”.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Əhmədovun məhkəmədə hücuma məruz qalmasına münasibət bildirərkən deyib.
O, məsələni nəzarətdə saxlayacağını bildirib.
“Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır”, - deyə sədr qeyd edib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü E.Əhmədov Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib. Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.
Şəbnəm Mehdizadə