- 19:02
Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədovun məhkəmədə hücuma məruz qalması ilə bağlı araşdırma aparılır.
Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib
“Dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək”, - deyə DİN rəsmisi qeyd edib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü E.Əhmədov Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib. Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.
Şəbnəm Mehdizadə