Vəkillər Kollegiyası vəkillərə müraciət etdi


  • 17:23

Vəkillər Kollegiyası vəkillərə müraciət edib.

E-huquq.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən artıq bir neçə ildir ki, göstərilən hüquqi yardım nəticəsində ən çox uğurlu nəticə əldə etmiş vəkilə “İlin vəkili” mükafatı təqdim edilir.

"Rəyasət Heyətinin həmin qərarından irəli gələrək, 2025-ci il ərzində göstərdiyiniz hüquqi yardım nəticəsində qanuni qüvvəsini almış bəraət hökmlərinin və bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə cinayət təqibi orqanlarının müvafiq qərarlarının surətlərini (bütün qərarları bir emaildə qoşmaya əlavə edərək) 20 dekabr 2025-ci il tarixdən gec olmayaraq [email protected] e-poçt ünvanına göndərə bilərsiniz", - deyə qeyd olunub.

Əlaqələndirici şəxs: Nemət Süleymanov (+994 50 891 13 51, [email protected]).

Oxşar xəbərlər