Növbəti ildə ödənişsiz hüquqi yardım üçün 9 milyon manat pul ayrılıb


  • 12:02

"Post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri Azərbaycan olub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və islahatlar Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır: "Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan xüsusi strateji əhəmiyyətə malikdir. Həmin Fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib".

Sədr qeyd edib ki, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması bu siyasətin ardıcıl davamının bariz nümunəsidir: "2025-ci il üzrə 34.073 qərar üzrə 5.999.874,51 manat məbləğ vəkillərə ödənilib. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardım üçün isə 9 milyon manat pul ayrılıb. Bu proseslərin həyata keçirilməsində Kollegiyanın Hüquqi Yardım Mərkəzinin rolu danılmazdır".

Humay Eminqızı

Oxşar xəbərlər