Anar Bağırovdan Vəkillər Kollegiyasının yeni inzibati binası ilə bağlı AÇIQLAMA


  • 12:03

"2025-ci il ərzində Vəkillər Kollegiyası tərəfindən qurumumuzun müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu baxımdan Gəncə Regional Vəkil Bürosunun – ölkəmizdə artıq 4-cü Regional Vəkil Bürosunun – yeni inzibati binasının açılışı xüsusi qeyd olunmalıdır: "Bina Prezident cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində Kollegiyanın balansına verilmiş, tam maddi vəsaitimiz hesabına müasir standartlara uyğun yenilənmiş və zəruri texniki avadanlıqlarla təmin edilib. Yeni inzibati bina Qərb bölgəsində vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışını genişləndirir, eyni zamanda gənc hüquqşünaslar üçün peşəkar inkişaf imkanları yaradır və artıq regionun hüquqi xidmət mərkəzinə çevrilməkdədir".

A.Bağırov, həmçinin bildirib ki, cənab Prezident tərəfindən Kollegiyaya ayrılan Vəkillər Kollegiyasının yeni inzibati binasında - “Vəkil evi”ndə Kollegiyanın vəsaiti ilə tikinti və əsaslı təmir işləri uğurla davam etdirilir: "Ən müasir tələblərə uyğun inşa olunan bu bina vəkilliyin institusional inkişafına, həmçinin Kollegiyanın fəaliyyətinin daha yüksək səviyyədə təşkili üçün mühüm baza rolunu oynayacaq".

Humay Eminqızı

Oxşar xəbərlər