Elektron vəkil sorğusu sistemi nə vaxt istifadəyə veriləcək?


  • 12:04

"Müasir dövrün tələblərinə uyğun olaraq Kollegiya tərəfindən rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılıb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır: "Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir: Belə ki, 2025-ci ilin 12 dekabr tarixinədək 55 576 elektron order və 73 034 elektron müqavilə rəsmiləşdirilib".

Sədr bildirib ki, rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ olan elektron vəkil sorğusu layihəsidir: "Qeyd etmək istərdim ki, layihə ilə bağlı Femida dialoq platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılıb. Hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcək".

Humay Eminqızı

Oxşar xəbərlər