- 13:18
"2025-ci il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 893 şikayət daxil olub".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, aparılan intizam icraatları nəticəsində 148 qərar qəbul edilib.
"Bu göstəricilər Kollegiyanın prinsipial mövqeyini, qanunçuluğa və peşə məsuliyyətinə verdiyi önəmi nümayiş etdirir", - deyə sədr qeyd edib.
Humay Eminqızı