Bu il 10 mindən çox vətəndaşa pulsuz hüquqi yardım göstərilib


  • 12:10

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən həyata keçirilən sosial-hüquqi tədbirlər nəticəsində 10 mindən çox vətəndaş pulsuz hüquqi yardımdan faydalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Sədr bu istiqamətdə Milli Məclislə əməkdaşlıq çərçivəsində keçirilən aksiyaları xüsusi vurğulayıb: "Belə ki, Milli Məclisin sədri Sahibə xanım Qafarova olmaqla 42 deputatının təşəbbüsü ilə pulsuz hüquqi yardım aksiyaları keçirilib. 9 aksiya Bakı şəhərində, 33 aksiya isə regionlarda təşkil edilib. Ümumilikdə, 42 aksiyada 1000 nəfərə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib".

Humay Eminqızı

Oxşar xəbərlər