- 6 İyun 15:27
Azərbaycanda vəkillərin ümumi sayı 2 836 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Sədr deyib ki, onlardan qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2203 nəfərdir.
"Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında 823 nəfər namizəd iştirak edib ki, onlardan 420 nəfəri uğur qazanıb. Bu gün isə daha 60 nəfər and içərək Vəkillər Kollegiyasının sıralarına qoşulub", - deyə A.Bağırov qeyd edib.
Humay Eminqızı