- 14:11
"Vəkil vətəndaşı qanundan deyil, qanun pozuntusundan müdafiə edir. Vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə, vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamının artmasına xidmət edir. Məhz buna görə vəkillik yalnız peşə fəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığı məsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsi kimi çıxış edir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Unutmamalıyıq ki, cənab Prezidentin də qeyd etdiyi kimi vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır", - deyə o bildirib.
"Hər birinizə bir daha təşəkkür edir, sizləri Vəkil Günü peşə bayramımız, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm", - Vəkillər Kollegiyasının sədri qeyd edib.
Humay Eminqızı