Vəkil: “Kamran Əliyev icraatımda olan işlərlə bağlı ədalətli qərar verilməsini tapşırdı”


  • 9 Yanvar 18:30

Məlum olduğu kimi, Baş prokuror Kamran Əliyev paytaxtın Pirallahı rayonunda vətəndaşları qəbul edib. Qəbulda Vəkillər Kollegiyasının üzvü İmran Ələkbərov da iştirak edib.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil paylaşım edib.

“Azərbaycan Respublikasının Baş Prokurorunun Pirallahı rayonunda keçirilən qəbulunda icraatımda olan cinayət işləri üzrə iştirak etdim. Cənab Baş Prokuror bir vəkil kimi məni səbirlə və diqqətlə dinləyərək icraatımda olan işlərin Respublika Baş Prokurorluğunda öyrənilərək ədalətli qərar qəbul edilməsi barədə tapşırıq verdi. Cənab Baş Prokurorun bir vəkil kimi məni yüksək hörmətlə və diqqətlə dinlədiyi üçün şəxsən Baş Prokurora və vəkillik peşəsinin bu cür hörmət və diqqət qazanmasında göstərdiyi səylərə görə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova dərin təşəkkürümü bildirirəm”, - vəkil paylaşımında bildirib.

Oxşar xəbərlər