- 14:18
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 16 yanvar 2026-cı il tarixdə ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
E-huquq.az xəbər verir ki, imtahanın nəticəsinə görə, Naxçıvan Muxtar Respublikasının Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 4 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında keçirilməsi nəzərdə tutulan icbari təlimin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısını təqdim edirik:
1. Hüseynova Şəbnəm Əli qızı
2. Cəfərov Neymət Telman oğlu
3. Ağayev Afiq Abas oğlu
4. Əliyev Nahid Elşən oğlu