- 09:28
Son illərdə Azərbaycanda digər sahələrdə olduğu kimi, vəkillik institutu da davamlı inkişaf yolunu tutub. Bu istiqamətdə ardıcıl və əsaslı tədbirlər həyata keçirilib ki, görülən işlərin nəticəsində ölkəmizdə vəkillik institutunun sürətli inkişafı təmin olunub. Vəkil korpusunun güclənməsi, vəkil qurumlarının və üzvlərinin sayının artması, habelə vəkillik peşəsinin nüfuzunun yüksəlməsi bu islahatların mühüm nəticələrindəndir.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il üzrə fəaliyyəti barədə hesabatda bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasında (VK) bir sıra beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, imtahanlar, ixtisasartırma təlimləri keçirilib, hüquqi maarifləndirmə işləri genişləndirilib, vəkillərin sayı isə daha da artıb. Bununla yanaşı, vəkillik fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, vətəndaşlara göstərilən hüquqi yardımın əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılıb.
Kollegiyanın son bir il ərzində gördüyü işlər barədə hesabatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Vəkillər Kollegiyasının 2025-ci il üzrə fəaliyyəti barədə hesabat