"Güclü və müstəqil vəkillik institutu olmadan ədalətli məhkəmə araşdırmasından danışmaq mümkün deyil"


  • 10:10

"Güclü və müstəqil vəkillik institutu olmadan ədalətli məhkəmə araşdırmasından danışmaq mümkün deyil".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv həyata keçirilməsi və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması müstəqil vəkillik fəaliyyətinin konstitusion əsaslarını təşkil edir və bu institutun cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir.

Sədr qeyd edib ki, post-sovet məkanında vəkillik institutuna tam müstəqillik verən ilk dövlətlərdən biri Azərbaycan olub: "Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun imzalanması ilə Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb".

A.Bağırov vurğulayıb ki, Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və həyata keçirilən islahatlar Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər