Şabranda vəkillər səyyar hüquqi yardım aksiyasında iştirak etdi - FOTO


  • 10:39

“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən, Şabran Rayon İcra Hakimiyyəti və Şabran rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Şabran rayon Heydər Əliyev Mərkəzində səyyar hüquqi yardım aksiyası keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Aksiya çərçivəsində Vəkillər Kollegiyasının üzvləri, “Arbitrium” Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi mövzular üzrə məlumat verilib.

Qeyd edək ki, layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaq olub.

Təşəbbüsə qoşulduğu üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, Şabran Rayon İcra Hakimiyyətinə və Şabran rayon Heydər Əliyev Mərkəzinə minnətdarlıq ifadə edilib.

Oxşar xəbərlər