"Vəkillər Kollegiyası ilə parlament arasında səmərəli əməkdaşlıq mövcuddur" - DEPUTAT


  • 16:26

"Vəkillər Kollegiyası ilə parlament arasında səmərəli əməkdaşlıq mövcuddur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bu əməkdaşlıq hər zaman hiss olunub və xüsusilə qəbul edilən qanunların tətbiqində özünü göstərib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası ötən dövr ərzində mühüm işlər həyata keçirib, son illərdə Azərbaycan vəkilliyi ciddi uğurlar qazanıb.

"Bu uğurların əldə olunması üçün güclü qanunvericilik bazası və siyasi iradə vacibdir", - deyə komitə sədri bildirib.

O əlavə edib ki, keyfiyyətli hüquqi yardım sahəsində ciddi irəliləyişlər var və məhz bunun nəticəsidir ki, yüzlərlə gənc vəkilliyə üz tutur.

Ə.Hüseynli təqdim olunan dərsliyi isə ən uğurlu nəşrlərdən biri kimi qiymətləndirib. Qeyd edib ki, təqdim olunan kitabda vəkilliyin tarixinə də geniş yer verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər